Ərdoğan hicab məsələsinin referenduma çıxarılmasını təklif edib
- 22-10-2022, 21:00
- Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsini ümumxalq səsverməsinə çıxarmağı təklif edib.
“Gəlin, bu məsələni referenduma çıxaraq, xalq qərar versin”, – deyə o, şənbə günü Malatya şəhərindəki çıxışı zamanı bəyan edib.
Qeyd edək ki, bundan əvvəl Ərdoğan əsas qanunda qadınların müsəlman atributlarını geyinmək hüququnu təmin edən dəyişikliklərin hazırlanmasını təklif edib.