Kraliça II Elizabet ilə vida mərasimi başa çatdı
![](/uploads/posts/2022-09/medium/1663568132_fotojet-2022-09-19t100015_343.jpg)
Saat 06:30-da (Bakı vaxtı ilə 09:30-da) Vestminster sarayına - Temza sahilində Britaniya parlamentinin yerləşdiyi binaya giriş bağlanıb.
Bu gün saat 16:00-da (Bakı vaxtı ilə 19:00-da) anım mərasimi keçiriləcək, bundan sonra kraliça Vindzor qəsrində dəfn olunacaq.
Britaniyalıların dörd gün yarım ərzində - sentyabrın 14-dən etibarən kraliça ilə şəxsən vidalaşmaq imkanı olub.