Vindzor qəsrində II Yelizavetanın iştirakı ilə diplomatların qəbulu təxirə salındı
- 28-02-2022, 09:38
- Dünya
Keçən həftə koronavirusa yoluxan Böyük Britaniya kraliçası II Yelizaveta diplomatlar üçün martın 2-də Vindzor qəsrində keçiriləcək ənənəvi qəbulu təxirə salıb.
Bukingem sarayının yaydığı bəyanatda vurğulanır ki, bu qərar krallığın xarici işlər naziri Liz Trassın məsləhəti ilə qəbul edilib.
Qeyd edək ki, II Yelizavetanın iştirakı ilə keçirilən illik diplomatik qəbulda, adətən Böyük Britaniyada diplomatik nümayəndəlikləri olan bütün ölkələrdən 500-dən çox rəsmi şəxs iştirak edir. İddialara görə, tədbirin təxirə salınması Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı ola bilər.