II Yelizaveta küçüklərini dayısının və sevimli gölünün şərəfinə adlandırıb
- 22-03-2021, 09:00
- Dünya
“The Sun” nəşrinin məlumatına görə, kraliça korqi cinsindən olan ev heyvanlarının birini dayısının, digərini isə Şotlandiyadakı sevimli gölünün şərəfinə, müvafiq olaraq Ferqyus və Myuik adlandırıb.
Qeyd edək ki, II Yelizavetanın dayısı Ferqyus Bouz-Layon I Dünya müharibəsi zamanı 26 yaşında ikən Loos döyüşündə həlak olub.
Şotlandiyadakı Myuik gölü isə kraliçanın sevimli piknik məkanlarndan biri kimi tanınır.