Avropa Şurasının baş katibi Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı DANIŞDI
“Avropa Şurası sülh yolu ilə nizamlanmanın əldə edilməsinə töhfə verən barışıq səylərinə dəstək göstərməyə hazırdır”.
Bu barədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç bildirib.
“Ermənistan-Azərbaycan sərhədi ətrafında hərbi əməliyyatların kəskinləşməsi ilə bağlı xəbərlər böyük narahatlıq doğurur. Avropa Şurasına üzv dövlətlər arasında fikir ayrılıqları danışıqlar və sülh yolu ilə həll edilməlidir. Son zamanlar hər iki ölkənin ali hakimiyyət orqanları arasında birbaşa təmaslar ümidverici təsir bağışlayırdı və bu, davam etdirilməlidir.
Avropa Şurasına daxil olarkən Ermənistan və Azərbaycan münaqişənin sülh yolu ilə həllinə dair öhdəlik götürüblər. Bu öhdəliyə əməl edilməlidir. Avropa Şurası sülh yolu ilə nizamlanmanın əldə edilməsinə töhfə verən barışıq səylərinə dəstək göstərməyə hazırdır”, - deyə Peyçinoviç qeyd edib.