“LUKoyl” Ukraynada hərbi əməliyyatların dayandırılmasına çağırdı
Rusiyanın “LUKoyl” şirkətinin Direktorlar Şurası Ukraynada hərbi əməliyyatların dayandırılmasına çağırıb.
“Azadsəs.az” xəbər verir ki, Direktorlar Şurasının şirkətin sərmayədarlarına, əməkdaşlarına və müştərilərinə ünvanlandığı müraciətdə Ukraynada baş verən faciəvi hadisələrdən narahatlıq ifadə olunur, silahlı qarşıdurmaya tezliklə son qoyulmasına və münaqişənin danışıqlar yolu ilə həllinə çağırış edilir.
Qeyd olunur ki, şirkət bütün ölkələrdə və regionlarda fəaliyyətini sabit davam etdirməyə, dünyanın hər yerində istehlakçılarının enerji ilə etibarlı təminatına çalışır. “LUKoyl” öz fəaliyyətində sülhün, beynəlxalq münasibətlərin və humanitar əlaqələrin möhkəmlənməsinə səy göstərir”, - deyə müraciətdə vurğulanır.
Rusiyanın ikinci böyük neft şirkəti olan “LUKoyl”un Direktorlar Şurasına 11 nəfər, o cümlədən Azərbaycan əsilli iş adamı, şirkətin prezidenti Vahid Ələkbərov da daxildir.