ABŞ-da Çinin Tayvana hücum edəcəyi təqdirdə vuracağı hədəflərin sayı açıqlandı
Çin Xalq Azadlıq Ordusu Tayvanın 3500-ə yaxın hərbi və mülki infrastrukturunu vura bilər. Bununla da adanın uğurla ələ keçirilməsinə nail ola bilər.
Bu barədə ABŞ-ın Corc Meyson Universitetinin Merkatus Mərkəzinin tədqiqatçıları araşdırma aparıblar. Araşdırmanın nəticələri “Newsweek” nəşrində dərc edilib.
Qeyd olunub ki, 183 hədəf birbaşa hərbi obyektlərə daxildir; daha 341 hədəf nəqliyyat infrastrukturu ilə bağlıdır; 550 hədəf isə telekommunikasiyaya aiddir. Hədəflərin ən çoxu - 2397-si dövlət obyektlərinə məxsusdur.
Tədqiqatçılar ümumilikdə Tayvanın müdafiəsi üçün strateji əhəmiyyət kəsb edən 290 mindən çox obyektin təhlilini aparıblar.