Ukraynada Rusiya xüsusi xidmət orqanlarına işləyən casus SAXLANILDI
- 15-08-2022, 16:09
- Dünya
Ukrayna Təhlükəsizlik Xidməti Rusiya xüsusi xidmət orqanlarında işləyən casusu saxlayıb.
Həmin şəxs Ukrayna Silahlı Qüvvələrinin mövqeləri və hərbi obyektləri haqqında məlumat toplayıb.
O, toplanmış məlumatları qapalı rabitə kanalları vasitəsilə Rusiya xüsusi xidmət orqanlarının kuratoruna ötürüb. İşğalçılar sonradan bu məlumatlardan təxribat qruplarının “işini”, kütləvi və məqsədyönlü raket hücumlarını planlaşdırmaq üçün istifadə ediblər.
Casusun Odessa vilayətindən olan həkim olduğu üzə çıxıb.
Onun barəsində həbs qətimkan tədbiri seçilib.