Həbsdə ölən MTN polkovnikinin xanımı ilə yanaşı oğlu da tutulubmuş
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, ömürlük azadlıqdan məhrum edilən və ötən il həbsxanada vəfat edən Zakir İsmayılovun oğlu da həbs edilibmiş.
"Azadsəs.az" Musavat.com-a istinadən xəbər verir ki, Zakir İsmayılov oğlu ilə birlikdə Azərbaycanda xüsusi xidmət orqanlarının əməkdaşlarının görüntülərini çəkirmiş.
İttihamla müəyyən edilib ki, Z.İsmayılov MTN binasının qarşısına maşınla gələrək orada yüksək rütbəli zabitlərlə görüşürmüş. Bu zaman onun oğlu maşında quraşdırılan kamera ilə bu görüşləri və digər zabitləri lentə alırmış. Həmin görüntülər isə Z.İsmayılov tərəfindən xarici ölkələrin xüsusi xidmət orqanlarına göndərilirmiş.
Z.İsmayılovun arvadı Nəzakət İsmayılova isə bu proseslərdə pulu alan şəxs olub. Belə ki, Zakir İsmayılov xüsusi xidmət orqanlarından “xidmətinə” görə verilən pulu arvadı vasitəsilə alırmış. N.İsmayılova Türkiyəyə gedərək pulu alıb Bakıya qayıdırmış.
Həmçinin oxuyun: Bakıda öldürülən transseksualın son mesajları - “12-dən sonra dayanmadan yığ...”
"Qafqazinfo" İsmayılovların oğlu Kənan İsmayılovun həbsinin təfərrüatlarını öyrənmək üçün ailənin vəkili Şəhla Hümbətova ilə əlaqə saxlayıb. Vəkil bildirib ki, Kənan İsmayılov əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozduğuna görə, 3 il müddətə azadlıqdan məhrum edilib. Hazırda həbsdə olan İsmayılovun azadlığa çıxmasına qısa müddət qalıb. Onun cəzası bu ilin iyununda başa çatır. Vəkilin sözlərinə görə, Nəzakət İsmayılova hazırda süd vəzilərinin xərçəngindən əziyyət çəkir. Ərinin həbsdə ölməsi isə onu daha da sarsıdıb. Tez-tez müalicə müəssisəsinə köçürülür.
Qeyd edək ki, Nəzakət İsmayılova cəzasının yüngülləşdirilməsi ilə bağlı Ali Məhkəməyə şikayət edib. Onun kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Zakir İsmayılov keçmiş MTN-də şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycanın dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib. İstintaq gedişatında Nəzakət İsmayılovanın da onunla əlbir olması müəyyən edilib və o da cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Zakir İsmayılov son olaraq 2010-2015-ci illər ərzində MTN Əks-kəşfiyyat baş idarəsinin Məlumat təhlil şöbəsinin rəisi vəzifəsində çalışıb.