Almaniya parlamentində Rusiya casusu tapıldı
- 26-02-2021, 08:00
- Dünya
“Vestnik Kavkaza” xəbər verir ki, Yens F. adlı şəxs "casus təşkilatı fəaliyyəti” ilə ittiham olunur.
Təqsirləndirilən Yens F. Bundestaqda işləyir, orada elektrik cihazlarını yoxlayır. O, Almaniya parlamentinin binası üçün planlar olan sənədləri əldə edib.
“Təqsirləndirilən şəxs 2017-ci ilin iyul ayının sonu - sentyabr ayının əvvəlləri öz təşəbbüsü ilə Bundestaqın daşınmaz əmlakı barədə məlumatları Rusiya xüsusi xidmət orqanlarına ötürməyə qərar verib”, - deyə Almaniya baş prokurorluğun açıqlamasında qeyd olunur.