Dövlətə xəyanət ittihamı ilə tutulan redaktorun cəzası azaldıldı
Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilən və dövlətə xəyanətdə ittiham edilən Polad Aslanovun cəzası azaldılıb.
"Azadsəs.az" xəbər verir ki, Ali Məhkəmə xeberman.com saytının redaktoru olan P.Aslanovun cəzasını 16 ildən 13 ilə endirib.
Qeyd edək ki, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlәtә xәyanәt) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 16 il həbs cəza verilib.
DTX-nın yaydığı rəsmi açıqlamada qeyd olunub ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib və pul alıb. Xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürüb.
Bundan başqa Polad Aslanov Azərbaycanda olan bəzi jurnalistləri də xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etməkdə təqsirli bilinib. Həmin jurnalistlərdən biri bununla razılaşmadığı üçün Polad Aslanov tərəfindən hədələnib.