Pxenyan Cənubi Koreyanı təhdid etdi
- 11-08-2022, 09:17
- Dünya
Şimali Koreya Cənubi Koreya hakimiyyətini koronavirusu ölkəyə gətirməyə cəhd edərsə, onları məhv etməklə hədələyib.
Bu barədə KXDR liderinin kiçik bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdir müavini Kim Ye-Çjonun yaydığı bəyanatda deyilir:
“Əgər düşmən virusun ölkəmizə nüfuz etməsini asanlaşdırmaq kimi təhlükəli əməllərində israrlı olsa, biz buna təkcə virusu məhv etməklə deyil, həm də Cənubi Koreya hakimiyyətini məhv etməklə cavab verəcəyik”.
Onun sözlərinə görə, KXDR koronavirusun Cənubi Koreya ilə həmsərhəd ərazilərdən yayılmağa başlamasından narahatdır.
“Danılmaz faktdır ki, virusa yoluxmuş bir şəxs və ya bir obyekt bir anda xeyli insanı yoluxdura bilər və ciddi böhran yarada bilər. Buna əsasən belə qənaətə gəlirik ki, Cənubi Koreyadan davamlı zibil axınına artıq göz yuma bilmərik. Bu, sadəcə olaraq, qeyri-etik cinayətdir. Əsas odur ki, Cənubi koreyalı kuklalar ərazimizə vərəqələr və çirkli əşyalar atmağa davam edirlər”, - deyə o əlavə edib.