Şimali Koreyanın atdığı raket səs sürətini 16 dəfə ötüb
- 31-01-2022, 11:18
- Dünya
![](/uploads/posts/2022-01/medium/1643599742_61f6369102e8bd4d183380b5.jpg)
Bu barədə “Yonhap” agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.
“Raketin maksimal sürəti 16 Maxa çatıb ki, bu da səs sürətindən 16 dəfə çoxdur”, - deyə məlumatda bildirilib.
Mərminin Şimali Koreyanın 2017-ci ildə sınaqdan keçirdiyi “Xvason-12” raketinə bənzədiyi vurğulanır.
Artıq Yaponiya hökuməti raket buraxılışına görə KXDR-ə etiraz edib.
Cənubi Koreya prezidenti Mun Çje İn isə Şimali Koreyanın raket buraxılışını Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması adlandırıb.