Cənubi Koreya: “KXDR-lə sülh müqaviləsinin imzalanması dialoqa kömək edəcək”
Koreya müharibəsinin (1950-1953-cü illər) rəsmən sona çatması haqqında müqavilənin imzalanması nüvə mövzusunda Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə əvvəllər dayandırılmış danışıqların bərpasına yol aça bilər.
"Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bunu amerikalı və yapon həmkarları ilə görüşmək üçün ABŞ-ın paytaxtı Vaşinqtona gedən Koreya Respublikasının sülh və təhlükəsizlik üzrə xüsusi nümaynədəsi No Qyu Dok bildirib.
"İşçi səviyyəsində qarşıdakı təmaslar zamanı savaşın sonunun elan edilməsi də daxil olmaqla, müxtəlif məsələlərin ətraflı müzakirəsinin baş tutacağını gözləyirəm. Bu sənəd dialoqun bərpası istiqamətində əhəmiyyətli bir addım olardı", - deyə No Qyu Dok Koreya yarımadasında nüvəsizləşdirmə və davamlı sülhün qurulması haqqında bildirib.
Xatırladaq ki, Cənubi və Şimali Koreyanın, ABŞ və Çinin də iştirak etdiyi Koreya müharibəsi barışıqla başa çatıb, lakin bu günə kimi tərəflər arasında sülh müqaviləsi imzalanmayıb.