“Bakcell” Silahlı Qüvvələrə Yardım Fonduna 1,5 milyon manat ianə edib
- 5-10-2020, 17:37
- Cəmiyyət
“Bakcell” MMC Silahlı Qüvvələrə Yardım Fonduna daha 1 milyon vəsait köçürüb.
Bundan əvvəl isə şirkət cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə irəliləyən Ordumuza dəstək üçün bir neçə gün əvvəl də Ordumuza 500 min manat ianə edib.
Beləliklə, “Bakcell”in Silahlı Qüvvələrə Yardım Fonduna göstərdiyi maddi dəstəyin ümumi məbləği 1,5 milyon manat olub.
Bu məbləğ şirkətin daxil olduğu “NEQSOL Holding”in ayırdığı 2,5 milyon manat məbləğində ümumi büdcə çərçivəsində fondun hesabına köçürülüb.
“Bakcell” şirkətinin kollektivi vətən uğrunda qəhrəmancasına vuruşan xilaskar əsgərlərimiz qarşısında baş əyir və onlarla qürur duyduğunu bildirir. Sarsılmaz şücaətə malik hərbi qüvvələrimizin zəfər xəbərlərini səbirsizliklə gözləyirik.
Qarabağ Azərbaycandır!
Silahlı Qüvvələrə Yardım Fondu ölkə prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.