Avropa Komissiyası Ukraynanın müharibədən sonrakı bərpası planını təsdiqləyib
Avropa Komissiyası Ukraynanın müharibədən sonrakı bərpası planını təsdiqləyib. Bununla yanaşı Aİ Ukraynaya 9 milyard avro makromaliyyə yardımı etməyi qərara alıb.
Qeyd olunub ki, plan müharibədən sonrakı yenidənqurma üzrə Milli Şura tərəfindən hazırlanıb. Avropa İttifaqının planı da məhz bu sənədə əsaslanıb. Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, bərpa prosesinə Ukrayna rəhbərlik edəcək. Prosesin maksimum şəffaflığı və səmərəliliyi üçün Avropa tərəfdaşlarının cəlb edilməsi planlaşdırılır.
Baş nazirin sözlərinə görə, bərpa planı dörd əsas prinsipdən ibarətdir:
Bütün infrastrukturun ən son Avropa standartlarına uyğun olaraq bərpası;
Ukrayna dövlətinin və qurumlarının modernləşdirilməsi;
Ukraynanın bütün sferalarda və istiqamətlərdə Aİ ilə maksimum inteqrasiyası;
İqtisadi transformasiya, o cümlədən Ukrayna biznesi üçün yeni imkanlar.
“Biz bu sənədin qəbuluna görə ölkəmizlə qeyri-adi həmrəylik nümayiş etdirən Avropa Komissiyasına minnətdarıq. Qələbəyə əminik. Avropa Birliyinin güclü və bərabərhüquqlu üzvü olacaq Ukraynamızı yenidən quracağımıza inanırıq”, - deyə Şmıqal əlavə edib.