ABŞ Avropadakı hərbi mövcudluğunu artıracaq: Bayden rəqəmləri açıqladı
“Birləşmiş Ştatlar bütün Avropada hərbi mövcudluğunu artırmaq niyyətindədir”.
“Haber Global”ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Co Bayden NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşü zamanı bəyan edib.
Dialoq NATO-nun Madriddə keçirilən sammiti zamanı baş tutub.
Ağ Ev rəhbəri Finlandiya və İsveçin neytrallıq ənənəsindən əl çəkərək NATO-ya daxil olmaq qərarının alyansı daha da gücləndirəcəyini söyləyib.
“ABŞ-ın təhlükəsizlik mühitindəki dəyişikliklərə cavab olaraq və kollektiv müdafiəmizi gücləndirmək üçün bu gün Avropadakı qüvvələrini artıracağını bəyan edirəm”, - deyə Bayden bildirib.
O, ABŞ-ın daha əvvəl Avropadakı hərbçi sayını 100 minə çatdırdığını xatırladaraq, bu sayın artırılacağını, İspaniyadakı esmines sayının dörddən altıya çatdırılacağını, Polşada daimi qərargah quracaqlarını, Rumıniyada döyüşə hazır bölməyə sahib olacaqlarını, İtaliyaya əlavə iki “F-35” eskadrilyası göndərəcəklərini, İtaliya və Almaniyada hava hücumundan müdafiəni gücləndirəcəklərini qeyd edib.
Bayden NATO-nun öz əhəmiyyətini sübut etdiyini və hər zamankındən daha vacib olduğunu vurğulayaraq bunları əlavə edib:
“Mən Ağ Evdə Finlandiya və İsveç liderlərinə də dedim. (Rusiya Prezidenti Vladimir) Putin Avropanın Finlandiya olmasını istəyirdi, lakin o, Avropanın NATO-ya çevrildiyini görəcək. Avropanın təhlükəsizliyinin təminatı üçün bunu etmək lazımdır”.