Avropalıların yarısını məhv edən “qara ölüm”ün mənşəyi müəyyənləşib - FOTO
Müasir Qırğızıstan ərazisində yerləşən orta əsrlərə aid məzarlıqlardakı insan qalıqlarının DNT-si sekvensiyası 14-cü əsrdə “qara ölüm” adlanan taun epidemiyasının məhz buradan Avropaya keçdiyini göstərir.
Bu barədə Böyük Britaniya, Almaniya, İtaliya, Qazaxıstan və Rusiyadan olan alimlərin araşdırmasından məlum olur. Onların bununla bağlı tədqiqatları “Nature” jurnalında dərc edilib.
Məqalədə bildirilir ki, elm adamlarının diqqətini Qırğızıstanın Çuy vilayətindəki 1338-1339-cu illərə aid qeyri-adi çox sayda qəbirlər çəkib, özü də bu məzar daşlarının bəzilərində xəstəlikdən, qırğından bəhs edilib. Oradan 30 nəfərin qalığı çıxarılaraq Kunstkamera (Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya muzeyinə) aparılıb və tədqiqatlara başlanılıb.
Məlumata görə, onlar Qara-Cıqaç və Buran kəndləri yaxınlığındakı məzarlıqdan ekshumasiya edilən yeddi nəfərin DNT-sini sekvensiya edə biliblər. Nümunələrin keyfiyyəti dörd genomu tərtib etməyə imkan verib. Onların da üçündə taun xəstəliyinin törədicisi olan taun çöpü (lat. “yersinia pestis”) aşkar edilib. Onun 1346-1353-cü illərdə Avropada taun epidemiyasına səbəb olan ştammların bilavasitə əcdadı olduğu üzə çıxıb.
Alimlərin fikrincə, taun Qırğızıstanın müasir Çuy vilayətindən keçən ticarət yolları vasitəsilə yayılıb.
“Qara ölüm” tarixdə ikinci taun pandemiyasıdır və pik həddi 1346-1353-cü illərdə qeydə alınıb. Hesab edilir ki, pandemiya həmin dövrdə Avropa sakinlərinin yarısının həyatına son qoyub. Sonra 14-cü əsrdə daha bir neçə epidemiya baş verdi, taunun ştammları isə 19-cu əsrə qədər bütün dünyada yayılmağa davam etdi.
“Qara ölüm”ün mənbəyi uzun müddət müzakirə mövzusu olub. Ştammın mümkün mənşə yerləri arasında əvvəllər Çin və Hindistanın adları çəkilmişdi.