Koronavirus pandemiyasının ana və uşaq ölümləri ilə əlaqəsi açıqlanıb
Koronavirus pandemiyası ana ölümü və ölü döllə doğuşlarda xeyli sayda artımlara səbəb olub.
Bu barədə “Lancet” jurnalında dərc olunan məqalədən məlum olur.
Alimlər pandemiyadan əvvəl və sonra yeni doğulmuş körpələrin sağlamlıq vəziyyəti ilə bağlı 40 araşdırmanın təhlilinə əsasən belə qənaətə gəliblər.
Bundan əlavə, analarda ektopik (uşaqlıqdan kənar) hamiləlik və depressiya hallarının sayında artım müşahidə edilib.
Elm adamları, xüsusilə orta və aşağı gəlirli ölkələrə dair məlumatları araşdırdıqdan sonra xəstəxanaya yerləşdirmə və həkimlərə planlaşdırılmamış ziyarətlərin sayının azaldığını, bunun fonunda ağırlaşmaların və ölümlərin sayının artdığını qeyd edirlər.