azadses.az » Dünya » Türkiyə - Qırğızıstan yaxınlaşması regiona nə vəd edir?

Türkiyə - Qırğızıstan yaxınlaşması regiona nə vəd edir?

Ukraynada baş verənlər neytral, hətta Kremlə loyal olan dövlətləri belə təşvişə salıb. Bu dövlətlər sırasında Mərkəzi Asiyanın bir qədər müstəqil xarici siyasət yeridən ölkələri də var. Və məhz bu fonda Türkiyəyə ehtiyac və maraq güclənir. Rusiya-Türkiyə münasibətlərinin strateji önəm kəsb etdiyini nəzərə alan bu dövlətlər Ankaranı Rusiyanı durduracaq qüvvə kimi görürlər.

Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqazda mövqelərini gücləndirən Türkiyə əminliklə demək olar ki, güc mərkəzinə çevrilib. Regional, hətta qlobal məsələlərin həllində onun mövqeyi nəzərə alınır, fövqəldövlətlərin toplantısına dəvətlər alır. Son vaxtlar Türkiyənin diqqət yetirdiyi bölgələr sırasına Mərkəzi Asiya da daxil olmağa başlayıb. Qarşılıqlı səfərlər, ikitərəfli münasibətlər günbəgün güclənir, strateji önəm kəsb edir. Bəlli olduğu kimi, bölgə dövlətləri SSRİ dağıldıqdan və müstəqillik əldə etdikdən sonra da Türkiyə ilə münasibətləri inkişaf etdirməkdən çəkinir, daha çox mədəni, humanitar əlaqələrə üstünlük verirdilər. Rusiya xofu onlarda o qədər güclü idi ki, hətta sammitlərdə iştirakdan belə boyun qaçırır, tədbirlərə qatılmaqdan çəkinirdilər. Türkdilli ölkələrin sammitlərinə bəzən qatılır, bəzən də müxtəlif bəhanələrlə ikinci, üçüncü ranqlı məmurlarla təmsil olunmağa çalışırdılar. Və bu proses illər uzunu davam etdi. Lakin 44 günlük İkinci Qarabağ zəfəri sanki bu dövlətləri qəflət yuxusundan oyatdı, yeni bir siyasi reallıq yaratdı. Mərkəzi Asiya dövlətləri də gördülər ki, artıq Türkiyənin iştirakı olmadan hər hansı bir problemin həlli mümkünsüzdür.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Mərkəzi Asiyaya çıxışda mühüm yol

Yeri gəlmişkən, Qarabağın işğaldan azad olunmasının ən mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmadır ki, bu da Ankaranın Mərkəzi Asiyaya yol açmasında mühüm rol oynaya bilər. Ermənistanla sərhədlərin açılması ilə Türkiyə Mərkəzi Asiya ilə daha sərfəli nəqliyyat dəhlizi quracaq ki, bu da həm Ankaraya, həm də bölgəyə mühüm töhfə vermiş olacaq. Elə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ayın sonu Qırğızıstana səfərini də bu aspektlərdən nəzərdən keçirmək gərəkdir.

Ankara Pekin və Moskvanı sıxışdırmağa müvəffəq olacaq?

Başqa bir məsələ də odur ki, Rusiya-Ukrayna müharibəsi tək bölgədə deyil, bütövlükdə dünyada fərqli münasibətlərə yol açıb. Belə ki, Rusiyanın bütün beynəlxalq hüquq normaları və prinsiplərini pozaraq başqa bir dövlətin ərazisinə müdaxiləsi postsovet məkanında ona olan münasibəti dəyişib. Ara-sıra dünya mediası, ekspert dairələrində Rusiyanın növbəti hədəfi barədə ən müxtəlif versiya və ehtimallar səslənir. Bu ehtimallardan ən güclüsü odur ki, Ukrayna təcrübəsi ən neytral, hətta Kremlə loyal olan dövlətləri belə təşvişə salıb. Bu dövlətlər sırasında Mərkəzi Asiyanın bir qədər müstəqil xarici siyasət yeridən ölkələri də var. Və məhz bu fonda Türkiyəyə ehtiyac və maraq güclənir. Rusiya-Türkiyə münasibətlərinin strateji önəm kəsb etdiyini nəzərə alan bu dövlətlər Ankaranı Rusiyanı durduracaq qüvvə kimi nəzərdən keçirirlər. Elə bu səbəbdəndir ki, Mərkəzi Asiya Türkiyə rəsmilərinin son vaxtlar ən çox səfər etdikləri bölgələrdən birinə çevrilir. Mərkəzi Asiyanın qarışıq, yoxsul ölkəsi statusuna malik Qırğızıstan iqtisadi cəhətdən ağır günlərini yaşayır. Və Türkiyə prezidentinin bu səfərindən daha çox iqtisadi mənfəət güdür. Qeyd edək ki, Ərdoğan Qırğızıstanla Strateji Əməkdaşlıq üzrə Ali Şuranın sammitinin keçirilməsi üçün Bişkekə gələcək. Qırğızıstanın paytaxtında Türkdilli Dövlətlərin Parlament Assambleyasının sessiyası da keçiriləcək. Bəllidir ki, Çin və Rusiyanın bu ölkədə iqtisadi rıçaqları çox güclüdür. Türkiyə isə bu rıçaqları zəiflətməyə çalışır. Təsadüfi deyil ki, Rusiya mediası bu səfəri Türkiyənin Moskva və Pekini bölgədən sıxışdırıb çıxarmaq cəhdi kimi qiymətləndirib.

Strateji məqsəd

Onu da qeyd edək ki, Ərdoğanın səfəri zamanı ən mühüm məsələ Qırğızıstan-Türkiyə İnkişaf Fondunun yaradılması olacaq. İki ölkənin rəsmi nümayəndələri xatırladırlar ki, “strateji məqsəd” – ölkələr arasında ticarət dövriyyəsini ildə 1 milyard dollara çatdırmaqdır. Türkiyənin vitse-prezidenti Fuat Oktay keçən il demişdi ki, 1 milyard yalnız ilk hədəfdir: “Bundan sonra biz 5 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq üçün çalışmalıyıq”. İxracda əsas pay pambıq, kənd təsərrüfatı məhsulları, filizlər və qiymətli metal konsentratlarının üzərinə düşür. Bunun müqabilində Türkiyədən paltar, ayaqqabı, mebel gəlir. Amma ən diqqət çəkən sövdələşmə məşhur “Bayraktar” pilotsuz təyyarələrinin alınması olub. Rəsmilər Rusiya PUA-larının da alındığını vurğulasalar da, əsas diqqət Türkiyənin məhsulundadır. Federal Gömrük Xidmətinin məlumatına görə, ötən il Rusiya ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib. Eyni zamanda, Qırğızıstandan ixrac 38 faiz - 240 milyon dollardan çox artıb. Qırğızıstanın Milli Statistika Komitəsinin (MTK) məlumatına görə, 2017-ci ildə xarici investisiyalı 3000 müəssisənin 22,1 faizi Rusiya ilə birgə müəssisələr, 13,5 faizi isə Türkiyə şirkətlərinin payına düşüb. Çinin payına 18,5, Qazaxıstana isə 14 faiz düşüb. İki ölkə arasında əməkdaşlığın əsas aspekti əmək miqrasiyasıdır.

Ruslar Türkiyəni təhlükə kimi görmür?

Maraqlıdır ki, Rusiyada Türkiyənin Mərkəzi Asiyaya daxil olmasını xüsusi risk hesab etməyən ekspertlər çoxluq təşkil edir. Politoloq Andrey Suzdaltsev bildirib ki, Türkiyə Orta Asiyada hərbi bazaları olan Rusiyaya geosiyasi müqavimət göstərməyə çalışmır. İqtisadi sahədə də Türkiyənin təsiri əhəmiyyətsizdir, bir sıra kiçik layihələrlə məhdudlaşır. Onu da qeyd edək ki, Türkiyə Qırğızıstanın sabitliyinə və inkişafına böyük üstünlük verir. Və Ərdoğanın səfəri də bu işlərə böyük töhfə verəcək. Bir zəruri məsələ də var. Bəllidir ki, FETÖ-nun Mərkəzi Asiyada ən aktiv fəaliyyəti məhz Qırğızıstandadır. Türkiyə də bu fəaliyyətin qarşısının alınmasını arzu edir. Çox güman ki, Türkiyə prezidenti bu məsələni də qarşı tərəflə müzakirə edəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?