azadses.az » Siyasət » Nelli Yakovleva: “Ukrayna üçün Türk Şurasında müşahidəçi statusu çox faydalı olardı” - KİYEVDƏN MÜSAHİBƏ

Nelli Yakovleva: “Ukrayna üçün Türk Şurasında müşahidəçi statusu çox faydalı olardı” - KİYEVDƏN MÜSAHİBƏ

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ, Türk Şurası) dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək. Tədbir zamanı təşkilatın adının Türk Dövlətləri Şurasına dəyişdirilməsinin mümkünlüyündən əlavə Ukraynanın Türk Şurasında müşahidəçi statusu müzakirə olunacaq. Bu barədə bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat vermişdi.

Türk Şurasına qatılmaq Ukrayna üçün nə qədər önəmlidir?

Oxu.Az-ın sualına cavab verən Ukrayna Ali Radasının insan hüquqları, müvəqqəti işğal edilmiş ərazilərin deokupasiyası və reinteqrasiyası Komitəsinin sədr müavini Nelli Yakovleva bu məsələnin onlar üçün çox vacib olduğunu bildirib:

“Yay aylarında Ukrayna yerli xalqlar haqqında qanun qəbul etdi. Türklər - Krım tatarları Ukraynada yerli xalq olaraq tanınır. Türk Şurasının üzvü olan Türkiyə isə o cümlədən Krımın işğaldan azad edilməsi məsələsində Kiyevin strateji tərəfdaşıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusu ölkəmiz üçün çox faydalı olardı. Bundan başqa Türk Şurasında Ukraynanın daha bir strateji tərəfdaşı var - Azərbaycan”, - deyə o, vurğulayıb.

- Türk Şurası getdikcə mədəni birlikdən daha çox siyasi və iqtisadi quruma çevrilir, gələcəkdə hərbi də ola bilər. Bununla bağlı iki nəzər nöqtəsi var. Birincisi, bu birlik yalnız mədəniyyət məsələləri ilə məşğul olmalıdır. İkincisi, Türk Şurasının transformasiyası və güclənməsi təbii prosesdir. Siz hansı nöqteyi-nəzərdən yanaşırsınız?

- Sosial inkişaf meyllərini nəzərə alsaq, aydın olur ki, müxtəlif birliklər gec-tez siyasi rəng əldə edir. Bu səbəbdən Türk Şurasının güclənməsi təbii prosesdir. Ümumi maraqlar yalnız mədəni sahədə deyil, siyasi, iqtisadi və sosial sahələrə təsir göstərir. Ortaq strateji maraqlar varsa, şübhəsiz ki, müzakirə olunacaq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da istisna deyil.

- Son vaxtlar Ukraynanın münasibətlərinin gərginləşdiyi Macarıstan Türk Şurasında artıq müşahidəçi statusuna malikdir...

- Bəli, Ukrayna-Macarıstan münasibətləri indi mürəkkəbdir, bu doğrudur. Ciddi diplomatik iş tələb edən bir sıra fikir ayrılıqları var. Yeri gəlmişkən, bu, Macarıstanın Ukraynadakı mədəni maraqlarına da aiddir. Ukraynada ölkənin qərbində fəaliyyət göstərən macar məktəblərinin Ukrayna dilində tədrisə keçməsini nəzərdə tutan qanun qəbul edilib. Elə bu səbəbdən də Türk Şurası çərçivəsində dialoq platforması, əməkdaşlıq əlbəttə faydalı olardı.

Nair Əliyev
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?