azadses.az » Siyasət » Şuşa Bəyannaməsi: İki ölkədən daha çox Avropa və Asiya üçün xeyirli layihə...

Şuşa Bəyannaməsi: İki ölkədən daha çox Avropa və Asiya üçün xeyirli layihə...

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, bir millət və iki dövlət reallığının, siyasi-hərbi və o cümlədən, iqtisadi müttəfiqliyin məntiqi davamıdır. Sözügedən Bəyannamə Dünyanın bir sıra siyasi dairələri və güc mərkəzləri tərəfdən möcüzə olaraq qəbul edilə bilsə də, real Türkiyə-Azərbaycan münasibətləri fonunda irəliyə doğru atılan növbəti bir adi addımdır.

Şuşa Bəyannaməsində iki qardaş ölkənin bütün həyat əhəmiyyətli məsələləri və sahələri ilə bağlı müddəalar əksini tapıb. Bəyannamə təkcə, siyasi, hərbi və təhlükəsizlik deyil, iqtisadi, ticari, nəqliyyat, tranzit və digər əməkdaşlıq məsələləri və sahələrini də əhatə edir. Bu da təbiidir. O mənada ki, iqtisadi və maddi maraqları təmin etmədən siyasi və hərbi müstəvidə istənilən səviyyədə əlaqələr yaratmaq mümkün deyil və bu, köksüz ağaca bənzəyir. Ağacın kökü nə qədər çox dərinə işləyərsə gövdəsi də bir o qədər möhkəm olar.

Məlumdur ki, 2021-ci il aprelin 1-dən etibarən iki ölkə arasında gediş-gəliş şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir. Bu, qarşılıqlı əlaqələri asanlaşdıraraq iki ölkə vətəndaşlarını biri-birilərinə daha da yaxınlaşdırıb. Nəticədə ticarət əlaqələrinin də genişlənməsi və hər iki ölkədə alış-verişin artması üçün əlavə zəmin yaradıb. Onsuz da bu əlaqələr müsbət dinamika üzrə inkişaf etməkdədir. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan-Türkiyə ticarət mübadiləsinin həcmi 1,867 milyard ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çox deməkdir. Keçən il ərzində isə Azərbaycanın Türkiyə ilə ticarətinin həcmi 4,161 milyard ABŞ dolları olmuşdu ki, bu da 2019-cu ilə müqayisədə 7,7 faiz az təşkil edib. Bu azalmaya pandemiya səbəb olub.

Sözüm bunda deyil. İki ölkə arasında ticarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırmaq nəzərdə tutulur. Odur ki, Şuşa səfəri zamanı hər iki dövlət başçısının mətbuata birgə bəyanatı zamanı R.T.Ərdoğan qeyd etmişkən, son dövrdə ikitərəfli ticarət əlaqələrində mühüm addımlar atılıb. 2021-ci il martın 1-də Preferensial Ticarət Sazişi qüvvəyə minib və sair... Yəni, hər iki ölkə hazırda ildə təxminən 5 milyard dollar ətrafında təşkil edən qarşılıqlı ticarət əlaqələrini qarşıdakı iki ilin sonuna qədər üç dəfə artırmaqda israrlıdır ki, buna ciddi səy göstərməkdədirlər. Buna nail olmaq üçün isə iqtisadi əlaqələri bütün istiqamətlər üzrə sıxlaşdırmaq tələb olunur.

Bu baxımdan, dövlət başçılarının mətbuata birgə bəyanatı zamanı Türkiyə Prezidenti təsadüfən demədi ki, “Türkiyə Petrolları” başda olmaqla, bir çox şirkətlərimizin Azərbaycanda mühüm investisiyaları var və eyni qaydada, SOCAR da başda olmaqla Azərbaycan şirkətlərinin də Türkiyədəki sərmayələri bizi məmnun edir. Ümumiyyətlə, enerji sektorunda əməkdaşlıq və qarşılıqlı sərmayə qoyuluşu çoxdan mövcuddur. Və bu əməkdaşlıqdan əldə olunan təcrübəni 3-cü ölkələrdə tətbiq etmək imkanları genişdir. Bu addım hər iki ölkəyə böyük xeyir gətirə bilər.

Yeri gəlmişkən, məlumdur ki, Türkiyənin təbii ehtiyatları demək olar, yoxdur. Buna rəğmən, bu ölkə dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Türkiyə dünya ölkələri sırasında qeyri-neft və qaz sektoru sahəsində ən çox inkişaf etmiş ölkələr siyahısındadır. Lakin, indi Türkiyədə qaz yataqları aşkar olunur. "Qara dənizdəki ümumi qaz ehtiyatımız 540 milyard kubmetrə çatıb”, - deyə, R.T.Ərdoğan çıxışlarının birində bəyan edib.

Türkiyə həmçinin, çox əlverişli coğrafi mövqedə yerləşir. Avropa, Amerika və o cümlədən, Rusiya üçün çox önəmli bölgədir. Türkiyə ərazisində təbii ehtiyatlar tapıldıqca, Ankara Bakı ilə birgə əməkdaşlığa daha çox ehtiyac duyacaq. Yəni, bu, qarşısıalınmaz bir məsələdir. SOCAR özü hazırda dünyada ən təcrübəli şirkətlərdən biridir. Təkcə Türkiyədə deyil, SOCAR ilə “Türkiyə Petrolları”nın üçüncü ölkələrdə də investisiya qoymaq məsələsi tamamilə realdır. Bu, müxtəlif ölkələr ola bilər. Afrika ölkələrindən başlamış, Mərkəzi Asiya və Orta Asiya da daxil olmaqla...

Və yaxud götürək, tərəflərin ticari-iqtisadi münasibətlərdə iqtisadiyyatlarını və ixracı şaxələndirmək, eləcə də perspektiv sahələrdə birgə istehsal qurulması, investisiya əməkdaşlığında qarşılıqlı faydalı inkişaf üçün daha əlverişli şəraiti təmin etmək məqsədini və ya hədəfini... Bunun üçün malların sərbəst hərəkətinin təşkili mexanizmləri yaradılacaq. Başqa sözlə, hər iki ölkənin iqtisadiyyatları biri-birilərinə daha sıx inteqrasiya olunacaq. Və gələcəyinə bəlkə də, vahid bir mexanizm təşkil ediləcək.

Bundan əlavə, məlumdur ki, tərəflər artıq, bir müddətdir regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verirlər. Cənub Qaz Dəhlizinin onurğa sütununu məhz Azərbaycan ilə Türkiyə təşkil edir. Bununla belə, tərəflər Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması və daha da inkişaf etdirilməsi üçün səyləri artırmaq niyyətindədirlər. Bu çox ciddi və strateji bir məqsəddir. Həmçinin, qlobal enerji sektorundakı proseslər nəzərə alınaraq regionun enerji təchizatı təhlükəsizliyi məsələsində, elektrik enerjisi sahəsində də regional əməkdaşlıq və bunun durmadan genişləndirilməsi nəzərdə tutulmaqdadır.

Ümumiyyətlə, qarşıda çox böyük planlar var. 44 günlük müharibənin nəticəsi olaraq, Zəngəzur dəhlizinin tezliklə reallaşması yeni ideya və layihələrin meydana gəlməsinə və reallaşmasına şərait yaradacaqdır. İki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyəti birə beş artacaq. Ölkəmizdə son illər ərzində nəqliyyat infrastrukturu sahəsində hansı işlərin görüldüyü hər kəsə bəllidir. Ələtdə Beynəlxalq Bakı Ticarət Limanı üzrə həyata keçirilən tikinti-quraşdırma işləri, Bakı-Tbilisi-Qars dəmir yolu, istər Qərb-Şərq, istərsə də Şimal-Cənub ikitərəfli istiqamətdə müasir avtomobil yollarının salınması Azərbaycanı böyük dəhlizə çevirib.

Bütün bunların fonunda Naxçıvanla da yerüstü əlaqənin təmin olunması bu dəhlizə əlavə töhfədir - özü də yenə, məhz Azərbaycan tərəfindən təmin edilən möhtəşəm bir töhfə. Naxçıvanın Türkiyə ilə sərhəd olduğunu da nəzərə alsaq, bu, həm də Türkiyə ilə birbaşa quru yolu ilə əlaqəmizin olacağı deməkdir. Hansı ki, bu əlaqə Türkiyə-Azərbaycan tandemindən çox bütövlükdə Avropa və Asiya üçün səmərə və mənfəət gətirəcək.

Pərviz Heydərov
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı