Meymunçiçəyinə yoluxanların sayı 780-ə yüksəldi
Ümumdünya Səhiyyə Təşkilatı son həftələrdə bütün dünyaya yayılan meymunçiçəyi virusunun indiyədək 780 nəfərdə aşkar edildiyini açıqlayıb.
Təşkilatın internet saytında ilk yoluxma halının görüldüyü 13 maydan - 2 iyunadək virusun yayılması ilə bağlı məlumatlar paylaşılıb.
Bildirilib ki, İngiltərədə 270, İspaniyada 156, Portuqaliyada 138, Kanadada 58, Almaniyada 57, Fransada 33 və Niderlandda 31 yoluxma faktı qeydə alınıb.
Virusun müşahidə olunduğu digər ölkələrdə isə 20 və ya daha az yoluxmanın olduğu açıqlanıb.
Qeyd edək ki, ÜST virusun qlobal risk səviyyəsini “orta” olaraq təyin edib.