Arkadi Voloj AB-nin sanksiyalar siyahısına salındıqdan sonra “Yandex”dəki bütün postlarından imtina edib
Arkadi Voloj “Yandex” şirkətlər qrupunun Direktorlar Şurası və şirkətin baş direktoru vəzifəsindən imtina edir. Bu barədə şirkət Volojun Aİ-nin sanksiyalar siyahısına daxil edilməsindən yarım saat sonra məlumat verib.
Həmçinin Voloj “Yandex”in “törəmə” beynəlxalq şirkətlərində bütün rəhbər vəzifələrdən ayrılacaq.
“Mən bu qərarı yanlış və nəticədə əks-məhsuldar hesab etsəm də, sanksiyalar qüvvədə qaldığı müddətdə ailə fonduma hər hansı göstəriş vermək niyyətində deyiləm. Bu müddət ərzində Direktorlar Şurasının tövsiyələrinə uyğun olaraq səsvermə keçiriləcək. Bu qərar şirkətin və onun səhmdarlarının maraqlarına cavab verir, lakin mən komandaya mümkün olan hər yerdə kömək etməyə davam edəcəyəm”, - deyə Voloj mətbuata açıqlamasında bildirib.