Makron Ukraynada baş verənləri soyqırımı adlandırmaqdan imtina etdi
Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalına açıqlamasında amerikalı həmkarı Co Baydendən fərqli olaraq ukraynalılarla bağlı soyqırımı ifadəsini işlətməkdən imtina edib.
“Azadsəs.az” “Times of India”ya istinadən xəbər verir ki, o, bu cür ifadələrdən istifadənin müharibənin bitməsinə köməyi olmayacağını bildirib.
“Liderlər danışıqlarında diqqətli olmalıdırlar. Baş verənlər dəlilikdir və inanılmaz dərəcədə dəhşətlidir. Ancaq eyni zamanda mən faktlara baxıram. Müharibəni dayandırmaq və sülhü bərpa etmək üçün mümkün qədər cəhd edirəm. Bu cür ifadələrin bu məsələyə kömək edəcəyindən əmin deyiləm”, - deyə Makron əlavə edib.
Fransa Prezidenti qeyd edib ki, ukraynalılar və ruslar qardaş xalqlar olduğundan bu vəziyyətdə soyqırımı ifadəsindən istifadədə xüsusilə ehtiyatlı olmaq vacibdir.