Kainat tezliklə daralmağa başlayacaq
- 4-05-2022, 11:52
- Dünya
ABŞ tədqiqatçıları bildiriblər ki, təxminən 13,8 milyard illik davamlı genişlənmədən sonra kainat tədricən daralmağa başlaya bilər və bu tezliklə baş verəcək.
Onlar qaranlıq enerjinin təbiətini modelləşdirməyə çalışarkən belə nəticələrə gəliblər. Belə ki, məhz bu hipotetik enerji forması kainatın genişlənməsinə səbəb olur.
Yaranan modelə görə, kainatın genişlənməsi 65 milyon ildən sonra başa çata bilər. Daha sonra milyardlarla il davam edəcək daralma dövrü başlayacaq.
Prosesin nə ilə nəticələnəcəyi isə məlum deyil.