“Sputnik V” İranda da istehsal olunacaq
- 27-03-2021, 14:00
- Dünya
RT xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazım Cəlali deyib:
“Birgə istehsal aprel ayında başlayacaq və iki İran şirkəti indi bu məsələ ilə məşğul olur. Hesab edirəm ki, gələn həftə ərzində peyvənd hüceyrələri Rusiyadan İrana göndəriləcək”.
Cəlalinin sözlərinə görə, ilkin mərhələdə ay ərzində 9 milyon dozaya qədər peyvəndin istehsal edilməsi planlaşdırılır.