Toylara bir şərtlə icazə verilə bilər...-AÇIQLAMA
- 9-02-2021, 15:16
- Cəmiyyət
Bir ilə yaxındır ki, Azərbaycanda toy mərasimləri keçirilmir. Son günlər koronavirusa yoluxmanın azalması, karantin rejiminin yumşaldılması insanlarda belə bir inam yaradıb ki, toyların yenidən keçirilməsinə tezliklə icazə verilə bilər.
''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, Həkim-radioloq Aydın Əliyev Modern.az-a toyların hansı şərtlə bərpa oluna biləcəyi haqda danışıb.
"Dünyanın bütün ölkələrində bu mövzuyla bağlı ümumi bir yanaşma var. Hər bir şeyə icazə verilə bilər, məsələn, toyların keçirilməsi, metronun işləməsi və s. Amma əlbəttə ki vaksinin ikinci dozası hər kəsə vurulduqdan sonra. İkinci peyvəndləmə bitdikdən sonra hamı normal həyatına geri dönə bilər".