Medvedçuk Putinlə Zelenskiyə müraciət etdi
Aprelin 12-si Ukraynanın Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan rusiyayönümlü mövqeyi ilə tanınan ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna və Rusiya Prezidentləri Volodimir Zelenski və Vladimir Putinə müraciət ünvanlayıb.
“Azadsəs.az” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Təhlükəsizlik Xidməti yayıb.
Medvedçuk müraciətində hər iki ölkə liderinə müraciət edərək onu ukraynalı hərbçilər və humanitar dəhlizlər vasitəsilə Mariupol şəhərini tərk edə bilməyən sakinlərlə dəyişməyi təklif edib.
Xatırladaq ki, aprelin 16-sı Lvovun Lıçakovski Rayon Məhkəməsi Viktor Medvedçukun girov müqabilində azadlığa buraxılmadan həbsə göndərilməsi barədə qərar qəbul edib.