Rusiyanın Baş naziri İrəvana gedir
Rusiyanın Baş naziri Mixail Mişustin 18-19 noyabr tarixlərində İrəvana işgüzar səfərə gedəcək.
“Azadsəs.az” TASS-a istinadən xəbər verir ki, rusiyalı Baş nazir Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Bu iclas 2015-ci il yanvarın 1-də Aİİ-nin fəaliyyətə başlamasından bəri sayca 29-cu, bu il isə dördüncü olacaq.
Bundan əvvəlki görüşlər 5 fevral 2021-ci ildə Almatıda, 29-30 aprel 2021-ci ildə Kazanda və 19-20 avqustda Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilib. İclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyanın baş nazirləri ilə yanaşı, Özbəkistan və Kubanın nümayəndələri də Aİİ-də müşahidəçi dövlət kimi iştirak edəcəklər.