İsveçrədən Ukrayna və Rusiyaya təklif
- 20-03-2022, 08:55
- Dünya
“İsveçrə Ukraynada nizamlanma üzrə danışıqlarda vasitəçi kimi çıxış etməyə və ya danışıqlara ev sahibliyi etməyə hazırdır.”.
“Azadsəs.az” “TASS”a istinadən xəbər verir ki, bunu ötən gün Berndə “Ukrayna ilə həmrəylik, müharibəni dayandır!” şüarı ilə keçirilən mitinqdə çıxış edən konfederasiyanın Prezidenti İqnasio Kassis deyib.
Onun sözlərinə görə, İsveçrə özündə neytrallığı və humanitar ənənələri birləşdirir.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 16-da “RBC” televiziyasına müsahibəsində bildirib ki, İsveçrədən olan həmkarları Moskva ilə Kiyev arasında danışıqlarda vasitəçilik təklifi ilə ona müraciət ediblər: “Mənə vaxtaşırı başqa ölkələrdən, xüsusən də İsveçrədən olan həmkarlarım ənənəvi olaraq özlərini güzəştlərin əldə olunduğu və Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlarda vasitəçilik etməyə hazır olan ölkə kimi təqdim edirlər”.