29 il əvvəl həbsxanadan qaçan kişi kirayə pulunu ödəyə bilmədiyi üçün təslim oldu
Avstraliyanın Yeni Cənubi Uels ştatında (NSW) həbsxanadan qaçan məhbus 29 ildən sonra təslim olub.
Onun illər sonra bu addımı atmasına koronavirus pandemiyasında işsiz qalması səbəb olub.
64 yaşlı Darko Desik narkotik maddə yetişdirdiyi üçün 3,5 il həbs cəzasına məhkum edilib və 13 ay həbsdə olduqdan sonra, 1992-ci il avqustun 1-də həbsxanadan qaçıb.
Bütün axtarışlara baxmayaraq, tapıla bilməyən Desikin Sidneyin şimal çimərliklərində məskunlaşdığı və təmir-tikinti işləri ilə məşğul olduğu bildirilib.
Ştatda koronavirusa görə təxminən 3 aydır davam edən ciddi qadağalar səbəbiylə işi tamamilə dayanan kişi kirayə pulunu ödəyə bilməyib.
Evdən çıxıb sahildə yaşamağa başlayan Desik dəmir barmaqlıqlar arxasında yaşamağın “evsiz” olmaqdan “daha asan” olacağını düşünərək polisə təslim olub.