İstanbulun Bosfor boğazı gəmilərin hərəkəti üçün bağlanıb.
Bu barədə Türkiyə Sahil Mühafizə xidməti məlumat yayıb.
Səbəb olaraq təxminən 170 min ton kömür yüklü Liberiya bayrağı altında üzən “CHENG MAY” gəmisində texniki nasazlığın yaranması qeyd edilib.
Qeyd olunur ki, gəmi 295 metr uzunluğundadır.