Süveyşdə növbə gözləyən bütün gəmilər kanaldan keçdi
“El Balad” agentliyi xəbər verir ki, bu barədə Süveyş Kanal İdarəsinin rəhbəri Usame Rabi məlumat yayıb.
O bildirib ki, kanalın bağlı qaldığı altı gündə Süveyşin şimal və cənub sahillərində ümumilikdə 422 gəmi növbə gözləyirdi.
Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan “Ever Given” gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və saya oturub.
Nəticədə kanalda hərəkət tamamilə bloklanıb.