Jirinovskinin səhhətində irəliləyiş var
- 13-02-2022, 13:45
- Dünya
Koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin vəziyyəti ilə bağlı son açıqlama verilib.
Belə ki, siyasətçinin bədən temperaturu və qanında oksigenin səviyyəsi normallaşıb.
Buna rəğmən V. Jirinovski bəzən hələ də oksigen maskası ilə nəfəs alır.
Qeyd edək ki, V. Jirinovski fevralın 9-u Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Bəzi məlumatlara görə, siyasətçinin ağciyərlərinin 50-70% zədələnib və ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub.
Jirinovskinin özü səkkiz dəfə COVID-19-a qarşı peyvənd olunduğunu bildirib.