Masallıda qəza: Xəsarət alan var
“Report”un məlumatına görə, hadisə “İstisu” sanatoriyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Vəliyeva Firəngiz Musa qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən tibb mərkəzlərinin birinə göndərilib.
Müayinə zamanı ona hər iki baldır sümüyünün sınığı diaqnozu qoyulub.