Jirinovski Türkiyədəki həbsxana həyatından danışıb
- 26-04-2021, 13:00
- Dünya
Bu gün 75 yaşını qeyd edən Rusiyanın Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovski Türkiyə həbsxanasındakı məhbus həyatını xatırlayıb.
“Komsomolskaya Pravda” nəşrinin məlumatına görə, insident 1969-cu ildə baş verib.
Həmin illərdə Moskva Dövlət Universitetinin Şərq Dilləri İnstitutunda türk dilini öyrənən Jirinovski Türkiyədə Sovet İttifaqı tərəfindən inşa olunan sulfat turşusu zavoduna tərcüməçi kimi yollanıb.
Partiya sədrinin sözlərinə görə, o zaman xaricə rubl aparmağa icazə olmadığından o, Şeremetyevo hava limanında cibidəki rubllara döş nişanları almağa məcbur olub.
“Türkiyədə kiminləsə tanış olanda ona döş nişanı hədiyyə edirdim. Bizi izləyən yerli təhlükəsizlik əməkdaşları isə kommunist təbliğatı apardığımı düşünərək məni həbs etmişdilər. Məni 20 il həbs cəzası gözləyirdi. Amma hakim bu nişanların sadəcə suvenir olduğunu bildirdi və nəticədə mən 17 sutka ilə canımı qurtardım”, - deyə Jirinovski xatırlayıb.
O qeyd edib ki, həbsxanada qatillər və narkomanlarla birlikdə olub. Onlara yalnız çörək və su verilib. Qalan qidaları özləri almalı olublar.