ABŞ İŞİD lideri barədə məlumata 10 milyon dollar mükafat təyin edib - FOTO
ABŞ rəhbərliyi 2015-ci ildə Qlobal Xüsusi Terror Təşkilatı siyahısına əlavə etdiyi İŞİD liderinin axtarışına başlayıb.
ABŞ Dövlət Departamenti Əfqanıstanda fəaliyyət göstərən İŞİD terror təşkilatının başçısı Şahab əl-Muhacir kimi tanınan Sənaullah Qafari və 26 avqust 2021-ci ildə Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanında törədilən partlayışa görə məsuliyyət daşıyanlar haqqında məlumat verənə 10 milyon dollar mükafat təyin edib.
Açıqlamada 2020-ci ilin iyun ayında Qafarini İŞİD terror təşkilatına başçı təyin etdiyi bildirilib.
Xatırladaq ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının sonuna yaxın, 26 avqust 2021-ci ildə Kabil Həmid Karzai hava limanının qapısına bombalı hücum təşkil edilib və 13 ABŞ əsgəri və 170 əfqan vətəndaşı həyatını itirib.
18-i ABŞ əsgəri olmaqla 150-dən çox adamın yaralandığı hücuma görə İŞİD məsuliyyəti üzərinə götürüb.