Bayramda avtobuslar işləyəcək? - AÇIQLAMA
- 21-12-2020, 16:12
- Cəmiyyət
Bir neçə gündən sonra Azərbaycanda Yeni il bayramı qeyd ediləcək. Pandemiya ilə əlaqədar olaraq ölkə ərazisində insanların kütləvi toplaşdığı bayram şənliklərinə qadağa qoyulub. Bu gün hər kəsə maraqlı olan məsələ bayram günlərində şəhərdə insan sıxlığının qarşısını almaq üçün ictimai nəqliyyatn fəaliyyətinə qadağa qoyulcaqmı?
Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, Yeni il bayramı ilə əlaqədar dünyanın hər yerində krantin tədbirləri sərtləşdirilməkdədir:
"Birləşmiş Krallığın cənub şərqində koronavirusun yeni bir növü ortaya çıxıb və qısa müddətdə xeyli insanı əhatə edib. Bu da təbii ki, tibb işçilərini və insanları narahat edir. Bununla bağlı mütəxəssislər ciddi işləyirlər. Bilirsiniz ki, hazırda İngiltərədə vaksinasiya gedir. Hətta xəstələrin vaksinə necə reaksiya verəcəyi böyük suallar doğurur. Yəqin ki, yaxın günlərdə bununla bağlı məlumatlar veriləcək. O ki qaldı Azərbaycana, hesab edirəm bu gün hər hansı yumşalmaya getmək məqsədəuyğun deyil. Nəzərə alsaq ki, xeyli insan koronavirusa yoluxub. Hesab edirəm ki, karantin qaydalarına ciddi nəzarət edilsə, daha yaxşı olar. Əlbəttə ki, vəziyyətə uyğun olaraq bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyula bilər".
Deputat Müşfiq Cəfərov bildirib ki, bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyətlərin qoyulması məqsədəuyğun olar:
"Çünki bz bu yolla bayram günlərində kütləvi toplaşmaların qarşısını ala bilərik. Hesab edirəm ki, əgər Türkiyədə olduğu kimi bizdə də insanların çölə çıxmasına qadağa qoyulacaqsa, ictimai nəqliyyat da nəzərə alınmalıdır. Burada söhbət vətəndaşlarımızın qorunmasından gedir. Çünki insanlar uzun müddətdir ki, pandemiya ilə bağlı kütləvi bir yerə toplaşa bilmir. Hər kəs nəzərə almalıdır ki, bu xəstəlik qorxuludur. Düşünürəm ki, bayram günlərində 5 gün insanların çölə çıxmasına qadağa qoyularsa, ictimai nəqliyyatla bağlı da məsələ nəzərə alınmalıdır.