İrəvanda uşaq bağçasında pakistanlının qızına zorakılıq edilib, işgəncə verilib
Ermənistanın paytaxtı İrəvanda uşaq bağçalarından birində Pakistan vətəndaşının qızını torpaq və nəcis yeməyə məcbur ediblər.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Polisinin (Daxili İşlər Nazirliyi) İctimaiyyətlə əlaqələr və informasiya idarəsi rəisinin müavini Edqar Canoyan da təsdiqləyib.
“Polisə bu barədə siqnal daxil olub. Hazırda vəziyyət yoxlanılır, material hazırlanır”, - o bildirib.
Bir müddət əvvəl Ermənistanda çıxan “Aravot” qəzeti yazmışdı ki, bu il yanvarın 31-də Ermənistan vətəndaşı olan ana qızının uşaq bağçasında zorakılığa məruz qaldığını söyləyib. O deyib ki, 2019-cu ilin martından 2021-ci il oktyabrın 14-dək qızı hadisə baş vermiş bağçaya gedib: “Atası pakistanlı olduğu üçün qızım orada dayə və tərbiyəçi tərəfindən zorakılığa məruz qalıb. Onlar övladıma işgəncə verib”.
Məlumata görə, uşaq bağçada cinsi zorakılığa da məruz qalıb: “Onun əllərini və boynunu çarpayıya bağlayıb qaynar dəmir oyuncaqla yandırıblar. Onu torpaq və nəcis yeməyə məcbur ediblər”.