Bakıda ögey ana ilə atanın döydüyü qardaşlar barədə tapşırıq verildi FOTO
- 9-12-2019, 16:30
- Hadisə
Məsələni Baş prokuror Zakir Qaralov xüsusi nəzarətə götürüb
Bakının Sabunçu rayonunda azyaşlıların valideynləri tərəfindən işgəncələrə məruz qalması barədə yayılan məlumatların araşdırılmasını Baş prokuror Zakir Qaralov nəzarətə götürüb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.
Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb".
Xatırladaq ki, azyaşlıların babası uşaqların ataları və ögey anaları tərəfinzən zorakılığa məruz qaldığını bildirib.