azadses.az » Dünya » “Omicron”a görə maksimum həyəcan səviyyəsi elan edildi, baş nazir toyunu təxirə saldı

“Omicron”a görə maksimum həyəcan səviyyəsi elan edildi, baş nazir toyunu təxirə saldı

Yeni Zelandiya ölkə daxilində koronavirusun “omicron” ştamına 12 yoluxma halının aşkar olunması ilə əlaqədar maksimum həyəcan səviyyəsi elan edib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Baş nazir Casinda Ardernin hökumət saytında yerləşdirilən bəyanatında bildirilib.

“Yeni Zelandiya yanvarın 23-də saat 23:59 dəqiqədə qırmızı rejimə keçəcək. Biz bilirik ki, Şimal və Cənub adalarında artıq yoluxma halları qeydə alınıb və bir neçə aviareysdə də yoluxma aşkar edilib”, - deyə Baş nazirin bəyanatında qeyd edilib.

Sənəddə vurğulanır ki, yeni ştama yoluxmuş iki nəfərin kütləvi tədbirə qatıldığı və nəticədə virusun ölkə əhalisinin əksəriyyətinə ötürülməsinə şərait yaratdığı məlumdur.

Bəyanatda, həmçinin qeyd edilir ki, hökumət virusun yayılmasının qarşısını almaq üçün tibbi maskadan istifadə, istənilən tədbirlərdə iştirakçıların sayının məhdudlaşdırılması kimi tədbirlərin tətbiqini davam etdirir.

Bu, ölkənin səhiyyə sisteminin üzərinə düşən yükü azaltmağa imkan yaradır. Bununla yanaşı, simptomların aşkar edildiyi şəxslərin testdən keçirilməsini sürətləndirmək, onların ünsiyyətdə olduğu şəxsləri nəzarətə almaq və təcrid etmək kimi addımlar da atılır.

C.Ardern, həmçinin peyvəndin ikinci dozasının qəbulundan dörd ay keçmiş vətəndaşları təcili surətdə buster dozanı almağa çağırıb.

Əlavə olaraq qeyd edək ki, Yeni Zelandiyada qırmızı, maksimum həyəcan səviyyəsi kütləvi lokdaunun elan olunmasını nəzərdə tutur. Ölkə ərazisindəki bütün müəssisələr və idarələr bağlanmasa da, restoran və barlar 100 nəfərdən artıq müştəri qəbul etməməlidirlər və bu zaman sosial məsafə saxlanılmalıdır. Həmçinin kütləvi tədbirlərdə peyvəndin tam dozasını qəbul etmiş 100 nəfərdən artıq şəxsin iştirakına icazə verilmir.

Bundan başqa, Casinda Ardern “qırmızı xəbərdarlıq” səviyyəsinin elan edilməsi səbəbindən televiziya aparıcısı Klark Qeydfordla toyunu təxirə salıb.

“Mənə gəlincə, toyum baş tutmayacaq və mən pandemiya səbəbindən oxşar hadisələrlə üzləşmiş bir çox digər həmyerlilərimə qoşuluram ” - deyə Baş nazir bildirib.

Qeyd edək ki, 2019-cu ildə nişanlanan cütlüyün Niv Te Aroha adlı üç yaşlı qızı var.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı