Şimali Makedoniyada koronavirusun “Omicron” ştamına yoluxma aşkarlanıb.
“Azadsəs.az” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yoluxma Skopye klinikalarından birində təsdiqlənib.
Virus daşıyıcısının Böyük Britaniyadan gəldiyi bildirilib.