Çexiyada koronavirusun “Omicron” ştamına yoluxma qeydə alınıb.
“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, yoluxma aşkarlanan şəxs Cənubi Afrika və Namibiyaya səfər edən gənc bir qadındır.