ÜST: COVID-19-la əlaqədar beynəlxalq səyahətlərə qoyulan məhdudiyyətlər səmərəsizdir
- 21-01-2022, 10:23
- Dünya
Koronavirusla əlaqədar beynəlxalq səyahətlərə qoyulan qadağalar səmərəsizdir və ölkələrin iqtisadi, sosial gərginlik yaşamasına gətirib çıxarır.
Bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Komitəsi çıxış edib.
Bildirilib ki, nəqliyyat əlaqələrini qadağan etməklə koronavirusun “Omikron” ştamının yayılmasının qarşısını almaq cəhdi səmərəsizdir.
Komitə hesab edir ki, ölkəyə giriş üçün yeganə vasitə və ya şərt kimi yalnız beynəlxalq səyahətlər üçün COVID-19-a qarşı peyvənd sənədi tələb edilməməlidir.