Azərbaycanın Türkiyədəki səfirliyi türk hərbçilərin Suriya ilə sərhəddə şəhid olması ilə bağlı başsağlığı verib.
“Azadsəs.az”ın məlumatına görə, səfirliyin Tvitter səhifəsində paylaşılan başsağlığında deyilir:
“Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin, qardaş Türkiyəyə başsağlığı veririk”.