Zakir Həsənov Hulusi Akara başsağlığı verib
- 11-12-2020, 16:23
- Siyasət
![](/uploads/posts/2020-12/medium/1607692992_dfgdfhth.jpg)
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Başsağlığında deyilir: "Suriyanın Ras əl-Ayn şəhərində xain terror aktı nəticəsində qardaş Türkiyə Respublikası Jandarma Baş Komandanlığının hərbi qulluqçularının həlak olması və yaralanması haqqında xəbər məni dərindən kədərləndirdi.
Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.
Allah rəhmət eləsin".