Nazarbayev günlər sonra xalqa çağırış etdi
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev vətəndaşları ölkə Prezidenti Kasım-Jomart Tokayevin ətrafında birləşməyə çağırıb.
“Azadsəs.az” xəbər verir ki, bu barədə “İnterfaks-Qazaxıstan” agentliyinə siyasətçinin mətbuat katibi Aydos Ukibay bildirib.
“Elbası hamını cari çağırışları aradan qaldırmaq və ölkəmizin bütövlüyünü təmin etmək üçün Qazaxıstan Prezidenti ətrafında birləşməyə çağırır”, - deyə Ukibay əlavə edib.
Qeyd edək ki, yanvarın 5-də N.Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib. Bundan sonra onun Qazaxıstanı tərk etdiyi barədə məlumat yayılıb, lakin bu, öz təsdiqini tapmayıb.