Главная > Dünya / Manset > Nazarbayev günlər sonra xalqa çağırış etdi
Nazarbayev günlər sonra xalqa çağırış etdi8-01-2022, 16:38. Разместил: admin |
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev vətəndaşları ölkə Prezidenti Kasım-Jomart Tokayevin ətrafında birləşməyə çağırıb. “Azadsəs.az” xəbər verir ki, bu barədə “İnterfaks-Qazaxıstan” agentliyinə siyasətçinin mətbuat katibi Aydos Ukibay bildirib. “Elbası hamını cari çağırışları aradan qaldırmaq və ölkəmizin bütövlüyünü təmin etmək üçün Qazaxıstan Prezidenti ətrafında birləşməyə çağırır”, - deyə Ukibay əlavə edib. Qeyd edək ki, yanvarın 5-də N.Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib. Bundan sonra onun Qazaxıstanı tərk etdiyi barədə məlumat yayılıb, lakin bu, öz təsdiqini tapmayıb. Вернуться назад |