Slovakiyada ikihəftəlik ümumilli lokdaun elan olundu
- 25-11-2021, 09:17
- Dünya
Slovakiya hökuməti ölkədə epidemik vəziyyətin kəskinləşməsi, koronavirusun sürətlə yayılması fonunda ikihəftəlik lokdaun barədə qərar qəbul edib.
İqtisadiyyat naziri Rihard Sulik qərarın noyabrın 25-dən qüvvəyə minəcəyini bəyan edib.
Onun sözlərinə görə, lokdaun gecə saatlarında vətəndaşların küçəyə çıxmasını, kütləvi tədbirlərin ləğvini, iaşə və xidmət müəssisələrinin, həmçinin əksər mağazaların bağlanmasını nəzərdə tutur. Növbəti 14 gün ərzində yalnız ilkin ehtiyac məhsullarının satışı ilə məşğul olan mağazaların fəaliyətinə izacə veriləcək.
Qeyd edək ki, son sutka ərzində Slovakiyada 10 315 yeni yoluxma halı aşkarlanıb ki, bu da pandemiyanın başlanmasından bəri qeydə alınan rekord göstəricidir.